Ən son xəbərlər:

15.03.2024/16:52// Ukraynaya hərbi yardım göstərməkdə Avropa ABŞ-ı əvəz edə bilməz

Ukraynaya hərbi yardım göstərməkdə Avropa ABŞ-ı əvəz edə bilməz

Avropa Ukraynaya hərbi yardım həcmində ABŞ-la rəqabət apara bilməyəcək, bu məsələdə Amerikanı əvəz etməyəcək. Bu barədə cümə axşamı PBS telekanalına müsahibəsində Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bildirib.

Avropa İttifaqının Ukraynaya Amerikanın yerinə yetirəcək qədər hərbi yardım göstərə biləcəyini soruşan  Borrel ızü buna belə cavab verib:  Heç kim ABŞ-ın  ordusu və hərbi imkanları ilə rəqabət apara bilməz. Və təbii ki, əgər Vaşinqton bunu dayandırarsa, onun  yerini başqa heç kim tuta bilməyəcək, – Borrell belə bildirib.