Ən son xəbərlər:

11.03.2024/13:46/NQəzza zolağında əməliyyatın başa çatması vaxtı açıqlanıb

NQəzza zolağında əməliyyatın başa çatması vaxtı açıqlanıb

Netanyahu Qəzza zolağında əməliyyatın başa çatması üçün son tarixi açıqlayıb. Bu, bir-iki ay ərzində baş verə bilər. Bu barədə İsrailin baş naziri “Politico” nəşrinə müsahibəsində bildirib.

Həmas terrorçularının döyüş batalyonlarının dörddə üçünü məhv etdik. Döyüşlərin son hissəsinə yaxınlaşırıq. Döyüş əməliyyatları iki aydan – altı həftə, bəlkə də dörd həftədən çox olmayacaq.

Bundan əvvəl Netanyahu Qəzzada hərbi əməliyyatları genişləndirmək niyyətini təsdiqləyib. İsrail ordusunun Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyatı anklavın Misirlə sərhədi yaxınlığında yerləşən Rəfah şəhərinə də təsir edəcək.