Ən son xəbərlər:

07.03.2024/13:30/İsveçin NATO-ya üzv olması bu gün gerçəkləşə bilər

İsveçin NATO-ya üzv olması bu gün gerçəkləşə bilər

İsveçin Şimali Atlantika Alyansına üzv olması üçün rəsmi prosedurlar martın 7-i cümə axşamı günü tamamlana bilər. Bu barədə İsveçin TV4 telekanalı məlumat yayıb.

İsveçin NATO-ya daxil olmasının başa çatması üçün rəsmi şərt ratifikasiya sənədinin ABŞ-dakı depozitariyə verilməsidir. Bu, İsveçin üzvlüyünü ratifikasiya edən sonuncu ölkə olan Macarıstan prezidentinin martın 5-də ratifikasiyanı imzalamasından sonra mümkün olub.

Bunun tezliklə baş verməsi ehtimalını İsveç hökumətinin martın 6-da baş nazir Ulf Kristersson və xarici işlər naziri Tobias Billströmün ABŞ-a planlaşdırılmamış səfəri barədə açıqlaması göstərir.

Xəbər verildiyi kimi, bu səfər fevralın 28-də baş tutmalı idi, lakin Macarıstan tərəfindən ratifikasiya prosedurunun yubanması səbəbindən təxirə salınmışdı.

Telekanal həmçinin iddia edir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahı üzərində İsveç bayrağının qaldırılması mərasimi martın 11-i bazar ertəsi keçirilməlidir və orada baş nazir Kristersson iştirak edəcək.