Ən son xəbərlər:

07.03.2024/12:47/Hollandiya hökumətinin başçısı Mark Rutte NATO-nun baş katibi postuna əsas namizəddir

Hollandiya hökumətinin başçısı Mark Rutte NATO-nun baş katibi postuna əsas namizəddir

57 yaşlı Mark Rutte NATO-nun baş katibi postuna Yens Stoltenberqi əvəz etməyə əsas namizəddir. O, hazırda Hollandiyanın baş naziri vəzifəsini icra edir.

Fransanın baş naziri Qabriel Attal martın 6-da Hollandiyaya səfəri zamanı bildirib ki, Paris Hollandiya hökumətinin başçısı Mark Ruttenin NATO-nun növbəti baş katibi seçilməsini dəstəkləyir.

Rutte özü ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, dövlətlərin alyansın etibarlı tərəfdaşları və üzvləri olaraq qalacağına əminliyini bildirib.

NATO-ya on il rəhbərlik etmiş Stoltenberqin varisinin alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitindən əvvəl açıqlanacağı gözlənilir.

ABŞ, Böyük Britaniya və Almaniya Rutteni dəstəklədiklərini açıq şəkildə bəyan etmişdilər. Amma yekun qərar NATO-ya üzv olan bütün ölkələrin razılığı ilə verilməlidir.