Ən son xəbərlər:

06.03.2024/16:06/HƏMAS Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsraildən cavab gözləyir

HƏMAS Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsraildən cavab gözləyir

Misir, Qətər, ABŞ və Fələstinin radikal HƏMAS hərəkatının iştirakı ilə Qəzza zolağında atəşkəsə nail olmaq üçün Qahirədə aparılan danışıqlar heç bir nəticə vermədi. Bu barədə “Reuters” məlumat yayıb.

HƏMAS-ın aparıcı üzvlərindən olan  Bassem Naim agentliyə bildirib ki, iki gün davam edən danışıqlarda hərəkat Fələstin anklavında atəşkəslə bağlı təkliflərini vasitəçilərə təqdim edib. HƏMAS nümayəndələri hazırda məsləhətləşmələrdə iştirak etməyən İsraildən cavab gözləyir.