Ən son xəbərlər:

06.06.2023/11:32/ Moskva və Çin Yaponiya və Şərqi Çin dənizlərində patrul xidməti həyata keçirib

Moskva və Çin Yaponiya və Şərqi Çin dənizlərində patrul xidməti həyata keçirib.

xeberaz.info xəbər verir ki,  Çin Müdafiə Nazirliyi bildirib ki, Çin Rusiya ilə Yapon dənizi və Şərqi Çin dənizi üzərində birgə hava patrulları həyata keçirib. Bu barədə Reuters yazır. Departamentin saytında qeyd edildiyi kimi, artıq altıncı dəfədir ki, tərəflər birgə patrul xidməti aparırlar.

Belə ki, 2022-ci ilin noyabrında Rusiya Müdafiə Nazirliyi Asiya-Sakit Okean regionunda Rusiya və Çinin birgə hava patrulunu elan edib. Uçuşda Rusiya Aerokosmik Qüvvələrinin Tu-95MS strateji raketdaşıyıcıları və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus H-6K strateji bombardmançı təyyarələri iştirak edib.