Ən son xəbərlər:

26.05.2023 /14:50/ Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Yaponiyada güclü zəlzələ olub. Ölkənin Baş Meteorologiya Agentliyinin məlumatına görə, onun maqnitudası 6,2 olub.

Seysmik hadisənin episentri Tokionun şərqində, Yaponiyanın Çiba prefekturasında yerləşib. Yeraltı təkanlar mütəxəssislər tərəfindən yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 14:03) qeydə alınıb. Ocaq suyun altında 50 kilometr dərinlikdə yerləşir.

Çiba və İbaraki prefekturalarının sakinlər beş bal gücündə zəlzələni hiss ediblər. Paytaxtda yeraltı təkanlar üç bala qədər olub. Sunami təhlükəsi olmayıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.