Ən son xəbərlər:

25.05.2023 /19:59/ Ərdoğan seçkilərə üç gün qalmış anketlərdə Kılıçdaroğlunu üstələdi

Ərdoğan seçkilərə üç gün qalmış anketlərdə Kılıçdaroğlunu üstələdi.

xeberaz.info qazeta.ru-ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyədə prezident seçkilərinin ikinci turu öncəsi sorğulara görə liderdir

Bianet yazır ki, Türkiyə vətəndaşlarının əksəriyyəti üç gün sonra – mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırlaşır. Kondanın sorğusuna əsasən, respondentlərin 52,7%-i Türkiyə liderinin lehinə olub.

Qeyd edildiyi kimi, dövlət başçısının rəqibi, müxalifətin altıpartiyalı alyansının namizədi Kamal Kılıçdaroğlu respondentlərin cəmi 47,3%-nin dəstəyini qazanıb. Eyni zamanda, Konda seçkilərdən dərhal əvvəl bəzi seçicilərin rəyinin dəyişəcəyini istisna etmir, çünki Türkiyə prezident üsul-idarəsinin tətbiqindən sonra ilk dəfə səsvermənin ikinci turu ilə üz-üzədir.

Daha əvvəl Türkiyənin Xalqların Demokratik Partiyası və Yaşıl Sol Partiyasının “Ərdoğanı devirmək” üçün Kılıçdaroğluna səs verməyə çağırdığı bildirilirdi.