Ən son xəbərlər:

22.05.2023 /15: 09/ NATO alyansın hava hücumundan müdafiəsini gücləndirəcək

NATO alyansın hava hücumundan müdafiəsini gücləndirəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı ölkələri iyul ayında Vilnüsdə keçiriləcək sammitdə alyansın hava hücumundan müdafiə sistemini yeni səviyyəyə qaldıracaq, çəkindirmə və müdafiə sahəsində qərarlar qəbul edəcəklər. Bunu NATO baş katibinin müavini Mirça Coana deyib.

O, bunu Lüksemburqda NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı deyib.

Baş katibin müavininin qeyd etdiyi kimi, alyansın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və modernləşdirilməsi Ukraynada “Rusiyanın imkanları”nın təhlili və “Patriot” sistemlərinin effektivliyi nəzərə alınmaqla həyata keçiriləcək.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bir qədər əvvəl dediyi kimi, Rusiya NATO-nun genişlənməsi ilə əlaqədar ölkənin şimal-qərbində sərhədlərinin mühafizəsini gücləndirəcək.