Ən son xəbərlər:

14.05.2023/ 06:24/ Hindistan Britaniyaya aparılmış almaz və digər qiymətli əşyalardan məhrum ola bilər

Hindistan Britaniyaya aparılmış almaz və digər qiymətli əşyalardan məhrum ola bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Hindistan hökuməti müstəmləkə dövründə Böyük Britaniyaya aparılmış minlərlə qiymətli artefaktı geri qaytaracaq uzunmüddətli diplomatik kampaniyaya başlayır. Teleqraf mənbələrə istinadən bu barədə xəbər verir.

Hindistanın nazirlik və diplomatik heyəti imperiya dövründə Britaniyaya aparılmış potensial minlərlə artefaktın geri qaytarılmasında iştirak edəcək.

Nəşr bildirir ki, bu, Böyük Britaniyanın indiyədək üzləşdiyi artefaktların geri qaytarılması üçün ən böyük tələb ola bilər. Xüsusilə Hindistan dünyanın ən məşhur Kohinoor almazlarından birini geri qaytarmağı planlaşdırır.