Ən son xəbərlər:

09.05.2023/ 07:21/ Böyük Britaniyanın xarici işlər naziri Vaşinqtona səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Vaşinqtona səfər edəcək.

xeberaz.info Rusiya KİV-lərinə  istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çərşənbə axşamı Vaşinqtona səfər edəcək və Konqres üzvləri, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Xarici İşlər Nazirliyinin bazar ertəsi axşam yaydığı məlumatda deyildiyi kimi, səfərin əsas mövzusu Ukraynaya yardım olacaq.

Ceyms Kleverli Ukraynanın qələbəsi üçün işləməyə davam edən vahid beynəlxalq cəbhənin vacibliyini vurğulayacaq, –  sənəddə belə deyilir.

Tərəflər həmçinin ABŞ və krallıq arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər.