Ən son xəbərlər:

09.05.2023/ 06:28/ Avropa Komissiyası Rusiyaya qarşı növbəti sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb

Avropa Komissiyası Rusiyaya qarşı növbəti sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb və təsdiq üçün icma ölkələrinə təqdim edib.  Bunu bazar ertəsi Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib.

Mən təsdiq edə bilərəm ki, 11-ci sanksiyalar paketi üzv ölkələrə verilib. Çərşənbə günü Daimi Nümayəndələr Komitəsində səfirlərin ilk müzakirəsi baş tutacaq, – Erik Mamer belə bildirib.

Mamer sanksiyaların məzmununu şərh etməkdən imtina edib.