Ən son xəbərlər:

04.05.2023/ 21: 25/ Britaniya Birliyinin yerli xalqları müstəmləkəçiliyə görə III Çarlzdan üzr istəməsini tələb etdilər

Britaniya Birliyinin yerli xalqları müstəmləkəçiliyə  görə  III Çarlzdan üzr istəməsini tələb etdilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avstraliya, Yeni Zelandiya və Kanada da daxil olmaqla Britaniya Birliyinin 12 ölkəsindən olan yerli xalqların nümayəndələri tacqoyma ərəfəsində III Karlzdan müstəmləkəçiliyin nəticələrinə görə üzr istəməsini tələb ediblər. Bu barədə cümə axşamı The Guardian məlumat yayıb.

Məktubun müəllifləri, təzminat hərəkatının fəalları Britaniya monarxına göndərdikləri məktubda onu “yerli və əsarət altına alınmış xalqların soyqırımı və müstəmləkəçiliyinin dəhşətli nəticələrini və irsini tanımağa” çağırıblar. Onlar “xalqların zülmü və sərvətlərin talanmasına” görə təzminat ödənilməsi, Britaniya muzeylərindən və qurumlarından aborigen qalıqlarının, habelə mədəni sərvətlərin və artefaktların geri qaytarılması ilə bağlı müzakirələrə təkan verirlər.

Fəallar xatırladırlar ki, hələ 2022-ci ilin iyununda Britaniya Birliyinin hökumət başçılarının görüşündə III Çarlz keçmişin səhvlərinin etiraf edilməsinin “vaxtı gəlib çatmış söhbət” olduğunu demişdi.