image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-659f532cd08fd3b209df86512951a833

Nura Suri: “Ad günü edib pul yığanları başa düşmürəm”

image-legitimaz-810x90

Tanınmış müğənni Nura Suri sosial şəbəkədə ad günü tədbirləri ilə bağlı maraqlı fikir səsləndirib. Facebook hesabında paylaşım edən ifaçı hər il ad günü keçirib pul yığan insanları tənqid edib.

Nura Suri paylaşımında qeyd edib ki, bu cür yanaşma həm maraqlı, həm də bir qədər qəribə davranışdır:

“Qəribə adamlarıq e, hər il ad günü edib, milləti çağırıb pul yığanlar ayrı dərd, sonra da il boyu ad gününə gələnlərin ad günlərinə gedib, gətirdiklərini qaytarmaq ayrı dərd.
Şəxsən özüm maksimum 10-15 nəfərlə son 9-10 ildə ad günü qeyd etmişəm.
Hər il özünə, uşağına ad günü edib, pul yığanları da başa düşmürəm. Ondansa, lotereya oynayın. Yığdığınızı il boyu qaytarmalısınız onsuz da.”

Müğənninin bu fikirləri sosial şəbəkədə geniş müzakirələrə səbəb olub./Yenisabah.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki