Argentina milli komandasının və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2026-cı ildə layiq görüldüyü idman sahəsində nüfuzlu “Asturiya şahzadəsi” mükafatından məhrum edilə bilər.
Xeberaz.info xəbər verir ki, Asturiya Knyazlığı Fonduna “Change.org” platformasında dərc olunmuş 30-a yaxın petisiya daxil olub.
Müraciət müəllifləri mükafatın argentinalı futbolçudan geri alınmasını tələb edirlər.
Müraciət edənlərin fikrincə, 38 yaşlı futbolçu DÇ-2026-nın İspaniyaya qarşı keçirilən final oyununda (0:1) və mükafatlandırma mərasimində idman etikasına zidd davranıb.
Petisiyalarda qeyd olunur ki, hücumçu Argentina yığmasının kapitanı kimi hörmət və ədalətli oyun (“fair play”) prinsiplərinə əməl etməli idi. vurğulanır ki, mükafatın ləğvi bu titula olan inamı bərpa etməyə və onun beynəlxalq nüfuzunu qorumağa kömək edəcək.
FİFA da baş vermiş insidentlə bağlı intizam araşdırmasına başlayıb.
İdman sahəsində “Asturiya şahzadəsi” mükafatı Messiyə 2026-cı ildə dünya futbolundakı müstəsna nailiyyətlərinə görə verilib. Argentinalı ulduz karyerası ərzində 8 dəfə “Qızıl top”u qazanıb, “Barselona”nın heyətində 10 dəfə İspaniya çempionu olub və 4 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. O, Argentina millisi ilə 2022-ci ildə dünya çempionu, həmçinin 2008-ci il Olimpiya Oyunlarının qızıl medalçısı olub.


























