image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783372141_246935d0d08a79a08776c2aca69bf09c6a4c1628c6440428614745

İspaniya Portuqaliya millisini məğlub etdi

image-legitimaz-810x90

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Xeberaz.info xəbər verir ki, Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-nin Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.

İspaniya millisinin 1/4 finaldakı rəqibi ABŞ – Belçika cütünün qalibi olacaq. Bu oyun gecə saat 04:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki