Ən son xəbərlər:

08.11.2022/15:32/ Mehriban Əliyeva Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edib (VIDEO)

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkədəki rəsmi səhifəsində 8 Noyabr – Azərbaycanın Vətən müharibəsində Qələbə günü münasibətilə təbriki dərc olunub.

“08.11.2022. Qələbə gününüz mübarək olsun! Allah Vətən naminə həlak olan bütün şəhidlərimizin ruhlarını sakitləşdirsin. Allah hər zaman doğma Azərbaycanımızı qorusun! “, – təbrikdə belə deyilir.