Ən son xəbərlər:

29.04.2024/20: 16 / Gəncə şəhərində ölkədə ilk dəfə “Musiqinin gücü” layihəsi təqdim olunacaq

Gəncə şəhərində ölkədə ilk dəfə  “Musiqinin gücü” layihəsi təqdim olunacaq

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası ölkədə ilk dəfə “Musiqinin gücü” adlı layihə həyata keçirəcək. Layihənin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir. Layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları baş tutacaq.

Qeyd edək ki“Musiqinin gücü” layihəsinin ilk təqdimatı  06 may 2024-cü il tarixində saat 19:00-da Gəncənin Xan Bağında keçiriləcəkdir.