Ən son xəbərlər:

29.04.2024/19: 56 / NATO-nun iyul sammiti Ukraynanın NATO-ya üzvlük məsələsini həll edə bilməyəcək

NATO-nun iyul sammiti Ukraynanın NATO-ya üzvlük məsələsini həll edə bilməyəcək

NATO-ya üzv ölkələr iyulda alyansın Vaşinqtonda keçiriləcək sammitinə qədər Ukraynanın üzvlük məsələsində razılığa gələ bilməyəcəklər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə elan olunmamış səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

Bizə konsensus lazımdır, bütün 32 NATO üzvünün razılığa gəlməsi lazımdır. Düşünmürəm ki, iyulda keçiriləcək sammitdə bu razılaşma olacaq, amma biz nümayiş etdirəcəyik ki, biz Ukraynanı NATO-ya yaxınlaşdırırıq.