Ən son xəbərlər:

26.04.2024/17:29/ Bakı Qazaxıstandan təklif alıb və buna razılıq verib

Bakı Qazaxıstandan təklif alıb və buna razılıq verib

İrəvan Ermənistan və Azərbaycan arasında görüş təşkil etmək təklifinə baxır.

Ermənistan tərəfi Qazaxıstanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı təklifinə baxır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”ə şərhində bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşü ilə bağlı razılıq əldə olunan kimi Xarici İşlər Nazirliyi məlumat verəcək.

Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir və dəstəkləyir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən ərazi bütövlüyünün tanınması prosesini dəstəkləyir, – deyə Badalyan bildirib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib.