Ən son xəbərlər:

30.04.2024/18: 18 / Polşa avroya keçməyə hazır deyil

Polşa avroya keçməyə hazır deyil

Polşa Avropa İttifaqına qoşulduqdan 20 il sonra hələ də avroya keçməyə hazır deyil. Bunu “TVN24” telekanalına müsahibəsində Polşanın maliyyə naziri Anjey Domanski deyib.

Domanski qeyd edib ki, Polşanın Aİ-nin 20 üzvünün valyuta birliyi olan avro zonasına daxil olması hazırda əsaslı deyil. O hesab edir ki, öz valyutası olan zlotinin olması Polşaya qlobal maliyyə böhranı zamanı tənəzzüldən qaçmağa və digər şoklardan sağ çıxmağa kömək edib.

Qlobal iqtisadiyyatda hər şey yolunda getməyəndə zloti dəyərini itirərək Polşa ixracının sürətlə artmasına səbəb olur.

Bunun sayəsində, digər məsələlərlə yanaşı, biz böyük maliyyə böhranı zamanı tənəzzülün qarşısını aldıq, ona görə də zloti Polşa iqtisadiyyatında çox mühüm rol oynayır və hazırda avronun qəbulu ilə bağlı müzakirələr aparılmır. Ümumiyyətlə, mən zlotinin tərəfdarıyam, – deyə nazir bildirib.