Ən son xəbərlər:

26.04.2024/17:19/ Almaniyanın xarici işlər naziri ilə NATO baş katibi gizli şam yeməyi yeyiblər

Almaniyanın xarici işlər naziri ilə NATO baş katibi gizli şam yeməyi yeyiblər

Almaniyanın xarici işlər naziri Annalena Barbok Berlindəki beşulduzlu otellərdən birinin restoranında NATO-nun baş katibi Yens Stoltenberqlə gizli şam yeməyi edib. Bu barədə “Bild” xəbər verir,

Nəşr qeyd edir ki, Berbok və Stoltenberq yeddi təhlükəsizlik əməkdaşının əhatəsində beşulduzlu oteldən çıxarkən görüntülənib.

Bild-in məlumatına görə, Berbok və Stoltenberq Telegraphenamt otelinin restoranında təxminən üç saat vaxt keçiriblər.

Şahidlərin dediyinə görə, alman nazirlə NATO-nun baş katibi balıq yeyib, canlı fikir mübadiləsi aparıblar.

Nəşrin sonradan öyrəndiyi kimi Stoltenberq Berbokdan görüş istəyib. Burada Avropanın təhlükəsizliyi və Ukraynaya gələcək yardım müzakirə edilib.