Ən son xəbərlər:

26.04.2024/16: 56 / Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin gərginliyini azaltmaq üçün real addımlar atmağa çağırış etdi

Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin gərginliyini azaltmaq üçün real addımlar atmağa  çağırış etdi

Çinin xarici işlər naziri Vanq Yi Ukrayna böhranının pisləşməsi riskini açıqlayıb. O, bu barədə mətni Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan Qətərin Peninsula nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Pekinin bu böhranla bağlı mövqeyi ardıcıl, şəffaf və aydındır.  Çin nə münaqişənin tərəfi, nə də böhranın səbəbkarıdır, lakin heç vaxt laqeyd müşahidəçi olmayıb, – diplomat belə bildirib.

O qeyd edib ki,  hazırda bu böhranın daha da pisləşməsi və eskalasiyası riski hələ də mövcuddur. Bununla əlaqədar Wang Yi beynəlxalq ictimaiyyəti  birliyi gücləndirməyə, sülhə nail olmaq üçün səyləri birləşdirməyə və münaqişənin gərginliyini azaltmaq üçün real addımlar atmağa  çağırıb.