Ən son xəbərlər:

30.04.2024/18: 01 / Tokioda sərgidə “Gələcəyin şəhəri” nümayiş etdirilib

Tokioda sərgidə “Gələcəyin şəhəri” nümayiş etdirilib

Yaponiyanın paytaxtında “gələcəyin şəhəri”ndə həyatın texnoloji xüsusiyyətlərini nümayiş etdirən sərgi açılıb. Tokionun sakinləri və qonaqları uçan avtomobil simulyatorunun idarəediciləri qarşısında əyləşə, mobil hava taksisinin maketinə baxa, özlərini çatdırılma dronunun operatoru kimi sınaya və suşi çap etmək üçün istifadə oluna bilən 3D qida printerləri ilə tanış ola bilərlər.

Sushi Tech Tokyo 2024 metropoliten hökumətinin himayəsi altında Tokio körfəzindəki süni Odaiba adasındakı “Miraikan” (“Gələcəyin evi”) Milli Elm və İnnovasiyaların Təşviqi Muzeyində keçirilir.