Ən son xəbərlər:

30.04.2024/18: 50 / Blinken ərəb ölkələri ilə Fələstin dövlətinin yaradılması məsələsini müzakirə edib

Blinken ərəb ölkələri ilə Fələstin dövlətinin yaradılması məsələsini müzakirə edib

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, Fələstin Azadlıq Təşkilatının baş katibi Hüseyn Əl-Şeyx ilə görüşüb. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Dövlət katibi ABŞ-ın regionda davamlı sülhə nail olmaq səylərinə, xüsusən də İsrail üçün təhlükəsizlik zəmanəti verən Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyib. Onlar Qəzzada yaranmış ağır vəziyyətdən çıxmaq üçün humanitar yardımın davamlı artırılmasının vacibliyini müzakirə ediblər, – deyə məlumatda bildirilir.

Miller bildirib ki, Blinken Qəzzada dərhal atəşkəs və HƏMAS terror qruplaşmasının əlində qalan girovların azad edilməsinin vacibliyini də qeyd edib. O, həmçinin münaqişənin yayılmasının qarşısını almaq üçün regional koordinasiyanın vacibliyini vurğulayıb, – bəyanatda belə deyilir.

Norveç Fələstin dövlətini tanımağa hazırdır, lakin belə bir qərarın mümkün vaxtı hələ məlum deyil.