Ən son xəbərlər:

06.04.2023 /12:19/ Fransada içməli suyun təxminən 33%-i pestisidlərlə çirklənib

Fransada içməli suyun təxminən 33%-i pestisidlərlə çirklənib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Fransanın Milli Sanitariya Təhlükəsizliyi Agentliyi (ANSES) ölkənin demək olar ki, bütün su obyektlərində və içməli su nümunələrinin üçdə birində Aİ-də qadağan olunmuş pestisidin çürümə məhsullarının konsentrasiyasında nəzərəçarpacaq dərəcədə artıqlıq aşkar edib. “Mond” qəzetinin məlumatına görə, bu cür nəticələr agentliyin cümə axşamı dərc olunacaq araşdırmasında yer alıb.

Söhbət 1970-ci ildən ölkədə istifadə olunan və 2019-cu ildə Aİ-də qadağan edilən pestisid olan xlortalonildən gedir. Bu maddə potensial insan kanserogeni və su həyatı üçün təhlükə hesab olunur. Fransada genişmiqyaslı sınaqların keçirilməsinə səbəb İsveçrədə aparılan araşdırma olub, 2020-ci ildə bu pestisidin izlərinə hətta mineral su quyularında da rast gəlinib.

Yerüstü və yeraltı su hövzələrində R471811 kod işarəsi altında xlortalonilin parçalanma məhsulunu aşkar edən fransız alimləri daha sonra müəyyən etmişlər ki, müasir filtrasiya texnologiyaları hətta təmizləndikdən sonra da ondan tamamilə xilas olmağa imkan vermir. Nəticədə, Fransa mənzillərində kranlardan götürülmüş nümunələrin 34% -i artan konsentrasiyanı göstərib.

ANSES öz hesabatında Paris və ətrafı da daxil olmaqla, əhalinin sıx məskunlaşdığı böyük ərazilərin təsirləndiyini təsdiqləyir.