Ən son xəbərlər:

06.04.2023 /11:01/ Kennedinin qardaşı oğlu prezidentliyə namizədliyini irəli sürür

Kennedinin qardaşı oğlu prezidentliyə namizədliyini irəli sürür.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün ərizə verib. Bu barədə çərşənbə günü CNN məlumat yayıb.

Onun sözlərinə görə, 69 yaşlı kiçik Kennedi ABŞ Demokratlar Partiyasından namizədin irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur. Kanalın qeyd etdiyi kimi, kiçik Kennedi peyvəndin əleyhinədir. O, həm də ekoloji fəaldır.

Kiçik Kennedi 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətini təsdiqləyən ikinci Demokrat namizəd oldu.