Ən son xəbərlər:

06.04.2023 /10:50/ ABŞ Nümayəndələr Palatasının sədri Tayvana səfər etməkdən imtina edib

ABŞ Nümayəndələr Palatasının sədri Tayvana səfər etməkdən imtina edib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti hələlik Tayvana səfər etməmək qərarına gəlib, lakin gələcəkdə səfəri istisna etmir. Siyasətçi bunu Kaliforniyada ada administrasiyasının rəhbəri Tsay İnq-ven ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Artıq planlarım yoxdur, amma bu, ora getməyəcəyim demək deyil,- Makkarti belə izah edib.

Nümayəndələr Palatasının spikeri Pekinin xəbərdarlığına qulaq asmayacağını vurğulayıb, çünki ÇXR ona şərtlər diktə edə bilməz.

Çin adanı özünün əyaləti hesab edərək Tayvan administrasiyası nümayəndələrinin xarici təmaslarına ənənəvi olaraq mənfi reaksiya verir. ABŞ Tsainin Latın Amerikasına səfərinin bir hissəsi olaraq tranzit olaraq Kaliforniyada olduğunu iddia edərək, həddindən artıq sərt reaksiyalardan çəkinməyə çağırır.