Ən son xəbərlər:

06.04.2023 /10:27/ Estoniyada Rusiya telekanallarına internetdə baxış dayandırıldı

Estoniyada Rusiya telekanallarına internetdə baxış dayandırıldı.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Estoniya tənzimləyicisi internetdə Rusiya telekanallarına baxmaq üçün istifadə oluna bilən portallara girişi bloklayıb. Bu barədə çərşənbə günü Delfi.ee xəbər portalı məlumat yayıb.

İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamenti internet xidmət provayderlərinə 53 domenin bloklanması barədə məlumat verib ki, onlar vasitəsilə sanksiyalara məruz qalan Rusiya telekanallarına baxmaq mümkün olub.

Tənzimləyicinin sözlərinə görə, Estoniyanın informasiya məkanını qorumaq üçün sanksiyaların tətbiqi çərçivəsində Baltikyanı respublika məzmununda guya düşmənçilik təbliğatı olan 195 sayt və 51 telekanala girişi məhdudlaşdırıb.