Ən son xəbərlər:

24.02.2023/18:53/ ABŞ dövlət katibi fevralın 28-də Qazaxıstana gələcək

ABŞ dövlət katibi fevralın 28-də Qazaxıstana gələcək.

xeberaz.info-nun məlumatına görə ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək. Bu barədə bu gün, fevralın 24-də kapital.kz Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, o, prezident Qasım-Jomart Tokayev və xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşəcək.

28 fevral 2023-cü ildə ABŞ dövlət katibi Entoni Blinken ilk rəsmi səfərini Qazaxıstana edəcək. Dövlət katibi Astanada səfərdə olarkən prezident Qasım-Jomart Tokayev tərəfindən qəbul olunacaq və Qazaxıstan Respublikasının Baş nazirinin müavini – Xarici İşlər Naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq.     Məlumatda belə bildirilir.

Həmin gün Astanada Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələri və ABŞ XİN rəhbərlərinin C5+1 formatında nazirlər görüşü keçiriləcək. Gündəliyə ABŞ ilə regional əməkdaşlığın və tərəfdaşlığın gələcək inkişafı məsələləri daxildir.