Ən son xəbərlər:

24.02.2023/18:38/ Aİ-nin xüsusi nümayəndəsi İrəvana gəlib: Brüsseldə görüşə hazırlıq

Aİ-nin xüsusi nümayəndəsi İrəvana gəlib: Brüsseldə görüşə hazırlıq.

xeberaz.info-nun məlumatına görə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yenidən regiona səfərə Ermənistandan başlayır.

Liderlərin Münhen görüşündən sonra İrəvandan başlayaraq bir sıra məsləhətləşmələr üçün regiona qayıdıram. Sabah səhər yaxşı görüşlər gözləyirik, – deyə avropalı diplomat bu gün, fevralın 24-də “Twitter” səhifəsində bildirib.

Fevralın 18-də Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş olub. Daha sonra Amerika Xarici İşlər Nazirliyi Paşinyan və Əliyev arasında yaxın günlərdə Brüsseldə, artıq Aİ Şurasının prezidenti Çarlz Mişelin himayəsi altında baş tutacaq görüşün hazırlığına işarə edib.

Ötən cümə axşamı erməni tərəfinin təşəbbüsü ilə Nikol Paşinyan Vladimir Putinlə telefon danışığı aparıb. Kremlin mətbuat xidməti xəbər verir ki, Ermənistanın baş naziri xüsusilə Rusiya dövlətinin başçısına Azərbaycan lideri ilə Münhendə keçirdiyi görüş, habelə onun xarici tərəfdaşları ilə apardığı digər söhbətlər barədə məlumat verib.