Ən son xəbərlər:

24.02.2023/14:44/ ABŞ Ukraynaya müharibənin necə aparılacağını söyləməyəcək

Sallivan: ABŞ Ukraynaya müharibənin necə aparılacağını söyləməyəcək.

xeberaz.info-nun məlumatına görə ABŞ Ukraynaya bu müharibənin necə bitməli olduğunu diktə etmək fikrində deyil. Bu gün, fevralın 24-də TASS CNN-ə istinadən xəbər verir ki, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivan bildirib ki, mən sizə deyə bilərəm, Birləşmiş Ştatlar Ukraynaya bu müharibənin necə bitəcəyini diktə etməyəcək.

Eyni zamanda, Sallivan Çinin Ukrayna böhranının həlli ilə bağlı təkliflərində yer alan milli suverenlik bəndinə diqqət çəkib.

İlk növbədə, milli suverenliyə hörmətlə yanaşmağı təsbit edən birinci bəndi qeyd etdim, – Ağ Evin müşaviri belə bildirib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin siyasi həlli ilə bağlı 12 bənddən ibarət təkliflər dərc edib. Onların arasında atəşkəs və hərbi əməliyyatlara çağırışlar, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına və narahatlıqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi, eləcə də həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olmadan hər hansı birtərəfli sanksiyaların tətbiq edilməsinin yolverilməzliyi məsələsi var.