Ən son xəbərlər:

24.02.2023/13:21/ Co Bayden Dünya Bankının prezidentliyinə “öz adamını” irəli sürüb

Co Bayden Dünya Bankının prezidentliyinə “öz adamını” irəli sürüb.

xeberaz.info-nun məlumatına görə ABŞ prezidenti Co Bayden Dünya Bankına yeni rəhbər təklif edib. O, Vaşinqtonda prezidentin “öz adamı” ola bilər – Mastercard-ın keçmiş rəhbəri Ajay Banqu. Məlumat Ağ Evin saytında dərc olunmuş rəsmi bəyanatda təsdiqlənib.

Ajay tarixin bu kritik vaxtında Dünya Bankına rəhbərlik etmək üçün unikal mövqeyə malikdir. O, inkişaf etməkdə olan iqtisadiyyatlarda iş yerləri və investisiyalar yaradan və əsaslı dəyişikliklər dövrlərində təşkilatlara rəhbərlik edən uğurlu qlobal şirkətlərin qurulmasına və idarə olunmasına otuz ildən çox vaxt sərf edib. Bayden belə deyib.

Hazırda Ajay Banqu General Atlantic-in sədr müavinidir, Dünya Bankına isə David Malpas sədrlik edir. Sonuncu artıq iyunun axırına qədər postunu tərk etmək qərarını açıqlayıb. Malpas həmin banka 2019-cu ildən rəhbərlik edir.