Ən son xəbərlər:

24.02.2023/11:13/ Avropa İnvestisiya Bankı Ukraynadakı layihələri maliyyələşdirə bilmədi

Avropa İnvestisiya Bankı Ukraynadakı layihələri maliyyələşdirə bilmədi.

xeberaz.info-nun məlumatına görə ilin əvvəlindən Avropa İnvestisiya Bankı kredit zəmanəti olmadığı üçün Ukraynada yeni layihələri maliyyələşdirə bilmir. Bu barədə cümə axşamı “Suddeutsche Zeitung” qəzetinə AİB prezidenti Verner Hoyer məlumat verib.

Bizə çox tez bir həll lazımdır,-deyə Hoyer bildirib.

Onun sözlərinə görə, söhbət qısa müddətdə müvafiq məbləğdə zəmanət əldə etməkdən gedir. Hoyer qeyd edib ki, Aİ Şurasında İsveçin sədrliyi ilə aparılan danışıqlarda AİB irəliyə böyük bir addım atıb.

AİB kreditləri konkret layihələr üçün verilir. Ötən il AİB Kiyevə 1,7 milyard avro ayırıb və bu vəsait avtomobil yollarının, dəmir yollarının və ictimai nəqliyyatın bərpasına sərf edilib. Lakin bu ilin əvvəlindən AİB Ukraynada heç bir yeni layihəni maliyyələşdirə bilməyib. Səbəb odur ki, Avropa İttifaqı ölkələri, ilk növbədə Almaniya indiyədək AİB-in bunun üçün lazım olan kredit zəmanətlərindən imtina edib.