Ən son xəbərlər:

24.02.2023/10:56/ ABŞ Rusiya ilə münaqişə axtarmır, lakin o Ukraynanı tərk etməlidir

Nuland: ABŞ Rusiya ilə münaqişə axtarmır, lakin o Ukraynanı tərk etməlidir.

xeberaz.info-nun məlumatına görə ABŞ Rusiya ilə münaqişə axtarmır, Vaşinqton yalnız Moskvanın Ukraynanı tərk etməsinə nail olmaq istəyir. Bu sözləri TASS-a müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland üçüncü dünya müharibəsinin başlanması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

ABŞ prezidenti Co Bayden çox aydın şəkildə bildirib: biz Rusiya ilə münaqişə axtarmırıq. Biz Rusiyanın Ukraynanı tərk etməsini istəyirik. Nuland belə bildirib.

Bundan əvvəl Bayden Varşavaya səfəri zamanı çıxışında bildirmişdi ki, ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Moskva prezident Baydenin Polşadakı çıxışını Rusiyaya təzyiq göstərməyə məhkum edilmiş cəhd kimi qiymətləndirir.