Ən son xəbərlər:

24.02.2023/10:12/ Çin Rusiyaya silah vermək niyyətində deyil

Borrell: Çin Rusiyaya silah vermək niyyətində deyil.

xeberaz.info-nun məlumatına görə Avropa diplomatiyasının rəhbəri Josep Borrell mətbuat konfransında bildirib ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbəri Vanq Yi onu əmin edib ki, Pekin onlara silah vermir və verməyəcək.

Borrell bildirib ki, uzun illərdir ki, yaxşı şəxsi münasibətlərimiz olan kansler rəhbəri ilə söhbətimdə – mən ondan Çinin Rusiyaya mümkün hərbi dəstəyi barədə sual verəndə o, çox açıq şəkildə bildirdi… Mən yalnız mənə deyiənləri təkrarlaya bilərəm: Çin Rusiyaya silah vermir və Rusiyaya silah verməyəcək. Çünki onların siyasəti münaqişə tərəflərini silahlandırmamaqdır.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Moskvaya silah tədarük edilərsə, bunun nəticələri barədə Pekinə xəbərdarlıq etmişdi. Daha əvvəl isə NATO Çinin Rusiyaya “letal” yardımından qorxduğunu bəyan etmişdi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin yox, ABŞ Ukrayna münaqişəsinin döyüş meydanını davamlı olaraq silahla təmin edir. Vaşinqton dezinformasiya yaymaqdan və məsuliyyəti başqalarının üzərinə atmaqdan əl çəkməlidir. Eyni zamanda, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi Çinin Rusiyaya silah tədarükü məsələsində Qərbi ikili standartlarda ittiham edib, belə ki Qərb özü Ukraynanı silahlandırır.