Ən son xəbərlər:

24.02.2023/09:43/ Polşa Rusiya və Belarusla sərhədi tank əleyhinə kirpilərlə gücləndirməyə başladı

Polşa Rusiya və Belarusla sərhədi tank əleyhinə kirpilərlə gücləndirməyə başladı.

xeberaz.info-nun məlumatına görə Polşa Rusiya və Belarusla sərhədə yaxın yollarda əlavə istehkamlar, o cümlədən tank əleyhinə kirpilər quraşdırmağa başlayıb. Bu barədə cümə axşamı ölkənin milli müdafiə naziri Mariuş Blaşçak Twitter səhifəsində məlumat verib.

Biz Rusiya və Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini qabaqlayıcı şəkildə genişləndirməyə başlamışıq. Bu, bizim müdafiə və çəkindirmə strategiyamızın bir hissəsidir. İlk istehkamlar artıq Kalininqrad vilayəti ilə sərhəddə yerləşdirilir,- deyə o, yolda quraşdırılmış tank əleyhinə kirpi və beton istehkamları əks etdirən fotoşəkilləri nümayiş etdirərək yazıb.

Bundan əvvəl Polşa Belarusla sərhəddə beş metrlik hasar çəkib və Rusiya Federasiyası ilə sərhəddə tikanlı məftillər çəkməyə başlayıb. Sərhədin hər iki sahəsinin elektron müşahidə sistemi ilə təchiz edilməsi planlaşdırılır.