Ən son xəbərlər:

24.02.2023/09:32/ ABŞ Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edib

ABŞ Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edib.

xeberaz.info-nun məlumatına görə ABŞ rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar cümə günü Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqlayacaq.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-in sözlərinə görə, sanksiyaları G7 həmkarları və Vladimir Zelenski ilə virtual görüşəcək ABŞ prezidenti Co Bayden elan edəcək.

The Wall Street Journal daha əvvəl yazmışdı ki, sanksiyalar bir sıra Rusiya qubernatorları və Rusiya hökumət işçilərinin ailə üzvləri də daxil olmaqla 200-ə yaxın fiziki və hüquqi şəxsə təsir edəcək. Nəşrin məlumatına görə, məhdudiyyətlər həmçinin hərbi-sənaye kompleksi ilə əlaqəli hüquqi şəxslərə, texnoloji şirkətlərə və sanksiyalardan yayınma ilə məşğul olan şəbəkələrə qarşı da tətbiq edilir.

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiya Federasiyası və bir sıra Rusiya bankları ilə əməkdaşlıq edən Çin şirkətlərinin sanksiyalara məruz qalacağını bildirib. Onun sözlərinə görə, ABŞ-ın G7 tərəfdaşları ilə sinxronlaşdırdığı yeni sanksiyalar paketi çox yaxından və bilərəkdən mövcud məhdudiyyətlərdən yan keçmək imkanlarının bağlanmasına yönəlib.