Ən son xəbərlər:

24.02.2023/03:43/ Macarıstan Xarici İşlər Nazirliyi baş nazir Orbanın Kiyevə səfərinə hazırlıq üzərində işləyir

Macarıstan Xarici İşlər Nazirliyi baş nazir Orbanın Kiyevə səfərinə hazırlıq üzərində işləyir.

xeberaz.info-nun məlumatına görə Macarıstan Xarici İşlər Nazirliyi baş nazir Viktor Orbanın Kiyevə səfərinə hazırlaşır. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto cümə axşamı “İndex” internet nəşrində dərc olunan müsahibəsində bildirib.

Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından sonra Orbanın digər ölkələrin liderlərindən fərqli olaraq niyə Ukraynanın paytaxtına getməməsi ilə bağlı suala Siyarto belə cavab verib: Vaxtı gələndə Macarıstanın baş naziri belə bir səfər edəcək və Xarici İşlər Nazirliyi hazırda onun hazırlanması üzərində işləyir.