Ən son xəbərlər:

24.02.2023/03:25/ ABŞ Ukraynada qarşıdurmanı genişləndirməmək üçün Kiyevə kömək edir

ABŞ Ukraynada qarşıdurmanı genişləndirməmək üçün Kiyevə kömək edir.

xeberaz.info-nun məlumatına görə ABŞ-ın dövlət katibi Entoni Blinken fevralın 23-də “The Atlantic” jurnalının konfransında bildirib ki, ABŞ Ukraynada daha geniş qarşıdurmaya səbəb olacaq addımlar atmaq istəmir və bunun əsasında Kiyevə kömək edirlər.

Prezident Bayden lap əvvəldən Ukraynaya fundamental dəstəyimizi açıq şəkildə bildirdi və biz onları nə qədər lazım olsa dəstəkləyəcəyik. Amma eyni zamanda, biz bu müharibəni genişləndirmək istəmirik və daha geniş qarşıdurmaya səbəb ola biləcək heç bir iş görmək istəmirik. Blinken delə deyib.

Blinken həmçinin bildirib ki, Ukraynanın ərazi bütövlüyünü necə bərpa edəcəyinə – hərbi yolla və ya diplomatiyanın iştirakı ilə, özünün qərar vermək hüququ var.

Bir müddət əvvəl amerikalı biznesmen İlon Mask bildirmişdi ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsinə ən çox kömək edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulanddır.