Ən son xəbərlər:

21.02.2023/16:38/ Belarus deputatları dövlətə xəyanətə görə məmurların ölüm cəzası haqqında qanun qəbul ediblər

Belarus deputatları dövlətə xəyanətə görə məmurların ölüm cəzası haqqında qanun qəbul ediblər.

xeberaz.info-nun məlumatına görə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları çərşənbə axşamı ikinci, yekun oxunuşda digər məsələlərlə yanaşı, dövlətə xəyanətə görə məmurlar üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul ediblər. Bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Cinayət məsuliyyəti haqqında məcəllələrdə dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib.  2022-ci il dekabrın 7-də deputatların birinci oxunuşda qəbul etdiyi sənəd Respublika Şurası tərəfindən təsdiq edildikdən sonra imzalanmaq üçün ölkə prezidentinə  göndəriləcək.