Ən son xəbərlər:

21.02.2023/10:21/ ABŞ Ukraynaya pul xərcləməyi dayandırmalıdır

ABŞ Ukraynaya pul xərcləməyi dayandırmalıdır.

xeberaz.info-nun məlumatına görə Birləşmiş Ştatlar Kiyev hakimiyyətini dəstəkləmək üçün milyardlarla dollar xərcləməyi dayandırmalı, əvəzində Ukraynadakı vəziyyətin təcili həllinə çalışmalıdır. Bunu bazar ertəsi ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarlarının mitinqində bildirib.

Ağ Evin keçmiş rəhbərinin qeyd etdiyi kimi, Vaşinqtonun Kiyev hakimiyyətini maliyyələşdirməsi münaqişəni yalnız uzadır, buna görə də hər gün daha çox insan öldürülür.

Tramp həmçinin deyib ki, əgər o, Amerika administrasiyasının rəhbəri kimi qalsaydı, Rusiya xüsusi əməliyyat keçirməzdi və eyni zamanda Ukraynada 24 saat ərzində sülh yolu ilə nizamlanmaya nail ola bilərdi.