Ən son xəbərlər:

21.02.2023/10:10/ Ukrayna Qərbin vəd etdiyi maliyyə yardımının yarıdan azını alıb

Ukrayna Qərbin vəd etdiyi maliyyə yardımının yarıdan azını alıb.

xeberaz.info-nun məlumatına görə “Financial Times” Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun təhlilinə istinadən yazır ki, Ukrayna Qərb ölkələri və qurumlarının vəd etdiyi maliyyə yardımının yarısından azını alıb.

Nəşrin məlumatına görə Rusiya xüsusi əməliyyatı başlayandan sonra Ukrayna Maliyyə Nazirliyi 2022-ci ilin dekabr ayına qədər Qərb ölkələrinin vəd etdiyi 64 milyard avrodan yalnız 31 milyard avro  alıb.

İnstitutun hesablamalarına görə, bu məbləğin böyük hissəsini ABŞ və Aİ institutlarına “borclu” olub. Kiyev Vaşinqtondan 12 milyard avroya, Avropa qurumlarından isə 17,5 milyard avroya ümid edir.

Xatırladaq ki,  Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Timofey Milovanov ödənişlərlə bağlı problem və qeyri-sabit olduğunu, eləcə də onların gecikdirildiyini bildirib.