Ən son xəbərlər:

21.02.2023/09:29/ Aİ ölkələrinin əksəriyyəti Ukrayna üçün birgə silah alınmasının tərəfdarıdır

Aİ ölkələrinin əksəriyyəti Ukrayna üçün birgə silah alınmasının tərəfdarıdır.

xeberaz.info-nun məlumatına görə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bazar ertəsi Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra bildirib ki, Avropa İttifaqına üzv ölkələrin əksər nümayəndələri Estoniyanın Ukrayna üçün birgə silah və sursat alması təklifini dəstəkləyiblər.

Albares izah edib ki, bazar ertəsi siyasi debatdan sonra növbəti addım bu təşəbbüsü Aİ müdafiə nazirlərinin müzakirəsinə çıxarmaq olub. O, Aİ-nin 27 ölkəsinin çoxunun Estoniyanın təklifinin lehinə olduğunu və heç kimin təşəbbüsdən imtina etmədiyini bildirib.

Bundan öncə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirmişdi ki, Ukrayna təcili olaraq əlavə sursata ehtiyac duyur və Aİ ölkələri 6 ay ərzində Kiyevə 1 milyon artilleriya mərmisi verməlidir.