Ən son xəbərlər:

21.02.2023/09:05/ Avropa İttifaqı Moldovaya təhlükəsizlik missiyası göndərmək niyyətindədir

Avropa İttifaqı Moldovaya təhlükəsizlik missiyası göndərmək niyyətindədir.

xeberaz.info-nun məlumatına görə Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Moldovaya missiya göndərmək imkanını öyrənir. Bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Xosep Borrel məlumat verib.

Borrell Aİ-nin xarici işlər nazirlərinin Brüssel görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki, Moldova ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində bizim missiyamızı qəbul etmək arzusunu açıq şəkildə ifadə edir. Biz belə bir missiyanın göndərilməsinin mümkünlüyünü öyrənirik.

O, aydınlaşdırıb ki, belə bir missiyanın məqsədi Moldovanı Aİ üzvlüyünə namizəd kimi dəstəkləmək və respublikanın xarici müdaxilələrə və sabitliyi pozan səylərə qarşı müqavimətini artırmaqdır. Biz Moldovanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Moldovanın davamlılığını və təhlükəsizliyini gücləndirmək onun Avropa yolunda davam etməsini təmin etmək üçün ən yaxşı yoldur.

Siyasətçi xatırladıb ki, Aİ Moldovanı Avropa Sülh Fondu vasitəsilə dəstəkləyir və bu yaxınlarda ölkənin təhlükəsizlik qüvvələrinə 40 milyon avro ayırıb.

Fevralın 16-da Moldova parlamenti ölkə prezidenti Maia Sandu tərəfindən baş nazir postuna namizədliyi irəli sürülən Dorin Reçanın hökumətinin proqramını və tərkibini təsdiqləyib. Parlament qarşısında çıxış edən Reçan deyib ki, hökumət riskləri azaltmalı, ölkədə təhlükəsizliyi təmin etməli, dövlət qurumlarında nizam-intizamı bərpa etməlidir.