Ən son xəbərlər:

21.02.2023/03:54/ BMT Baydenin Ukraynaya səfərini şərh etməyib

BMT Baydenin Ukraynaya səfərini şərh etməyib.

xeberaz.info-nun məlumatına görə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ prezidenti Co Baydenin Kiyevə səfərinin Ukrayna münaqişəsinin inkişafına mümkün təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Düjarrik bildirib ki, BMT-nin mövqeyi və Ukrayna münaqişəsi ilə bağlı hərəkətləri aydındır.

Mən nə etdiyimiz barədə danışa bilərəm, amma nə olacağını təxmin edə, yaxud ABŞ və Ukrayna prezidentlərinin etdiklərini şərh edə bilmərəm. Müharibə, hərəkətlərimizlə bağlı mövqeyimiz aydındır. Dujarrik brifinqdə jurnalistin sualını belə cavablandırıb.

Baydenin bazar ertəsi Kiyevə gəlişi rəsmi olaraq əvvəlcədən açıqlanmayıb, bu onun ABŞ prezidenti seçildikdən sonra Ukraynaya ilk səfəridir. Amerika lideri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Ukrayna Silahlı Qüvvələrinə əlavə hərbi yardımın verildiyini açıqlayıb.