Ən son xəbərlər:

21.02.2023/03:37/ KİV-lər: Bayden Polşaya gəldi

KİV-lər: Bayden Polşaya gəldi

xeberaz.info-nun məlumatına görə ABŞ prezidenti Co Bayden Ukraynadan Polşanın Rzeşov şəhərinə gəlib. Bu barədə PAP agentliyinə Polşa xarici işlər nazirinin müavini Piotr Vavrşik məlumat verib.

Bundan əvvəl Amerika lideri Kiyevə elan olunmamış səfərlə gəlib və ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb. Bayden Polşadan qatarla Ukraynanın paytaxtına gəlib və eyni yolla geri qayıdıb. Rzeşov-Yasionka hava limanında ABŞ liderini Varşavaya çatdıran təyyarə onu gözləyir.

KİV-lərin məlumatına görə, Varşavada Bayden Amerika prezidentlərinin ənənəvi olaraq qaldıqları Marriot otelinə gedəcək.

ABŞ prezidentinin səfəri ilə əlaqədar Polşa paytaxtında gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib, silah gəzdirilməsi qadağan edilib, əlavə polis qüvvələri yerləşdirilib.