Ən son xəbərlər:

21.02.2023/03:22/ Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib.

xeberaz.info-nun məlumatına görə Almaniya Xarici İşlər Nazirliyi Rusiyaya səfər etməməyi tövsiyə edir və Rusiya Federasiyasındakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırır.

Almaniya Xarici İşlər Nazirliyinin geniş yayılmış bəyanatında deyilir: Rusiya Federasiyasına səfərlər tövsiyə edilmir.

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukrayna ilə həmsərhəd şəhərlərinə səfərlərə qarşı da xəbərdarlıq edib. Departament vurğulayıb ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getməyə dəyməz.

2023-cü il fevralın 20-dən fevralın 26-dək Rusiya hökuməti bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan çəkinin,  – Xarici İşlər Nazirliyi belə qeyd edir.