Ən son xəbərlər:

21.02.2023/03:09/ Türkiyədə daha bir güclü zəlzələ oldu

Türkiyədə daha bir güclü zəlzələ oldu.

xeberaz.info-nun məlumatına görə Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətində daha bir güclü zəlzələ qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin fevralın 20-də verdiyi məlumata görə, onun maqnitudası 6,4 baldır.

Mövcud məlumata görə, yeraltı təkanlar Türkiyənin Antakya şəhərindən 9 kilometr, Suriyanın Latakiyasından isə 75 kilometr aralıda qeydə alınıb. Ocaq iki kilometr dərinlikdə yerləşib. Yerli televiziya kanalı CNN Türk Türkiyənin Hatay vilayətində baş verən yeni zəlzələdən sonra dağıntılar barədə məlumat yayıb.

Kanalın müxbiri bildirib ki, Yer ayağımın altında titrədi. Çox güclü təkanlar olub, dağıntı var.

Türkiyə Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) 6,4 bal gücündə zəlzələnin Hatay vilayətinin Deynə rayonunda baş verdiyini açıqlayıb.

KİV-in məlumatına görə, zəlzələ Livan, Suriya, İsrail və Kiprdə də hiss olunub.