Ən son xəbərlər:

15.12.2022/02:45/ Azərbaycanlı ekoaktivistlər Qarabağda dinc aksiyada ağ göyərçinləri səmaya buraxıblar (VIDEO)

Şuşa-Laçın yolunda keçirilən dinc aksiyanın iştirakçıları- ekoaktivistlər simvolik addım atdılar: onlar səmaya sülh simvolu olan 44 göyərçin buraxdılar.

Beləliklə, ekoaktivistlər xatırladıblar ki, əzəli və əbədi olan bu ata-baba yurdlarında sülh tərəfdarlarıdır və onların yeganə arzusu Qarabağ iqtisadi rayonunda yerləşən yataqların qanunsuz istismarı ilə bağlı monitorinq üçün icazə almalarıdır.